
2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin isə orta aylıq əmək haqqı 590 manat təşkil edib.

