Bakıda bu obyektlərin qiyməti ucuzlaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda kommersiya obyektlərinin qiymətində ucuzlaşma müşahidə
edilib.

“MBA Consulting Group” şirkətindən AzerTimes-a verilən məlumata görə, yanvar ayında
kommersiya obyektlərinin orta qiyməti 5,24 faiz ucuzlaşıb.

Bir obyektin orta qiyməti 1 063 519 manat təşkil edib. Eyni
zamanda orta ölçüdə kommersiya obyektinin sahəsi 450 kv.m təşkil
etməklə hər kv.m-in orta qiyməti 3 397 manat olub.

Yanvar aydında Bakıda 550-dən çox kommersiya obyekti şatış
təklifində olub.

Teqlər: