Bakıda bu mənzillərin qiyməti ucuzlaşıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda mart ayında təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov AzerTimes-a deyib ki, mart ayında Təkrar mənzil bazarında qiymətlər 2,4 faiz ucuzlaşıb. Ötən ay ilkin mənzil bazarında orta qiymət 1668 manat/kv.m təşkil edib.


İlkin mənzil bazarında isə bahalaşma qeydə alınıb. Belə ki, mart ayında bu bazarda qiymətlər 3,11 faiz bahalaşıb, orta qiymət isə 1394 manat/kv.m təşkil edib.

Teqlər: