Bakıda bu mənzillərin qiyməti 3 aydır ki, ucuzlaşır – SƏBƏB

Bakıda təkrar mənzil bazarında qiymətlər ucuzlaşmaqda davam
edir.

“MBA Consulting Group” Şirkətindən AzerTimes-a verilən məlumata görə, fevral ayında
təkrar mənzil bazarında qiymətlər 2,29 faiz ucuzlaşıb.

Şirkətin direktoru Nüsrət İbrahimov bildirib ki, köhnə binalarda
mənzillərə maraq getdikcə azalmaqdadır.

“Köhnə binalarda mənzillərin satışı problemə çevrilib. Ona görə
də köhnə binalarda mənzillərin qiyməti üç aydır ki, ardıcıl olaraq
ucuzlaşır. Qiymət ucuzlaşmasının nə zaman dayanacağını zaman
göstərəcək.

Artıq 70-ci illərə qədər tikilən mənzillərə ipoteka krediti də
vermirlər. Vaxt var idi ki, “stalinka”lar ən bahalı mənzillər idi,
bu gün isə həmin evlər satılmır və ya çox çətinliklə satılır.
Bazara gələnlər ancaq yeni tikilən binalarda evlər axtarırlar. Ona
görə də köhnə mənzillərə maraq azalır və buna müvafiq olaraq da
qiymətlər ucuzlaşır”, – deyə N.İbrahimov əlavə edib.

Teqlər: