Bakıda mənzillərin qiymətində baş verən artımın həcmi açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məlumat yayıb.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, iyun ayında mənzil bazarında qiymət artımları davam edib.
Xüsusən qiyməti 100 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.
Qiyməti 100 min manatadək olan mənzillərin qiymətində 7 faiz artım qeydə alınıb. 100-300 min manat qiymət aralığında təklif olunan mənzillər 4 faiz dəyər qazanıb. 300 min manatdan baha təklif edilən mənzillərin qiymətində xüsusi dəyişiklik qeydə alınmayıb.