Paytaxtda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 248,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,8 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsindən AzerTimes-a bildirilib ki, neft məhsullarından avtomobil benzininin istehsalı 39,2 faiz, sürtkü yağlarının istehsalı 60,2 faiz, yüngül neft məhsulları, yüngül distillatlar 9,4 faiz artıb, mazutun istehsalı isə 93,8 faiz azalıb.