Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci ildə Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 248,0 milyon manat dəyərində məhsul istehsal edilib.
AzerTimes-ın məlumatına görə, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 7,2 faiz artım, içki istehsalında 6,4 faiz, tütün məmulatlarının istehsalında isə 75,6 faiz azalma müşahidə olunub.
Əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 67,6 faiz, alkoqolsuz içkilərin istehsalı isə 3,2 faiz artıb.