Bakıda 2 müntəzəm marşrutun hərəkət sxemləri alternativ küçələrlə təşkil ediləcək.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, sabah saat 09:00-dan 2 sentyabr saat 20:00-dək Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bildirilir ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2 müntəzəm marşrutun (149 və 164 nömrəli) hərəkət sxemləri alternativ küçələrlə (Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – Vaqif Ələkbərov küçəsi – Emin Quliyev küçəsi – Şahlar Əsgərov küçəsi) təşkil ediləcək.