Sentyabrın 5-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar Bakı Bus MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.