Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır. Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.