Bakıda bu küçələr nəqliyyatın hərəkəti üçün bağlanır

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran
Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam
edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzerTimes-a verilən
məlumata görə, 1 iyun tarixində gecə saatlarında İstiqlaliyyət
küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov
küçələri ilə kəsişmələri təhlükəsizlik baryerlərinin quraşdırılması
səbəbilə bağlanacaq.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa
olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş
olunur.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci
il, 10-12 iyun tarixlərində keçiriləcək.

Teqlər: