Bakıda bu evlərin qiyməti bahalaşa bilər – Ekspert

Mayın üçüncü 10 günlüyündən etibarən fərdi yaşayış və bağ
evlərinə tələbatın artacağı gözlənilir.

Bunu AzerTimes-a MBA
Consulting Group” Şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

O bildirib ki, hazırda havalar nisbətən sərin keçdiyi üçün fərdi
yaşayış və bağ evlərinə tələbatın artması müşahidə edilmir. “Hələ
ki, tezdir, havalar bir qədər sərin keçir. Tələbatın artmasını
mayın üçüncü 10 günlüyündən sonra gözləmək olar”, – deyə o əlavə
edib.

M.İbrahimov qeyd edib ki, tələbatın artmasının qiymətlərə də
təsir göstərəcəyi ehtimalı var. “Adətən hər il tələbatın artması
fərdi yaşayış və bağ evlərinin qiymətlərinə də təsir göstərir və
yəqin bu il də təsir göstərəcək”, – deyə o qeyd edib.

Teqlər: