Bakıda bu evlərin kirayə qiyməti bahalaşır

Xəbər - Elçin Mehdiyev – Trend:

Bakıda ötən ay kirayə mənzillərin qiymətində bahalaşama qeydə
alınıb.

“MBA Consulting Group” şirkətindən AzerTimes-a verilən məlumata görə, yanvar ayında
kirayə mənzillərin orta qiymətində 7,93 faiz artım müşahidə
olunub.

Ucuz kirayə evlərinin qiyməti 414 manat, orta evlərin qiyməti
708 manat, bahalı evlərin qiyməti isə 1483 manat təşkil edib.


Fərdi yaşayış və bağ evlərinin qiymətində isə yanvar ayında 4,22
faiz ucuzlaşma müşahidə olunub. Qiymət azalması qış mövümü ilə
əlaqədar bu evlərə tələbatın azalmasıdır.

Teqlər: