

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, “28 Moll” ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinq haqqı 1 manatdan 2 manata qaldırılıb.
Eyni qiymət artımının “Gənclik Moll” ticarət mərkəzinə və digər ticarət mərkəzlərinə məxsus olan yeraltı dayanacaqlarda da tətbiq olunduğu bildirilir.
Qiymət artımının hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.