Bakıda 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi – 8 Noyabr prospekti ilə təşkil ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Buna səbəb paytaxt yollarında aparılan təmir işləridir. Belə ki, sabahdan 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinə qədər – Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.