Bakıda bu avtobuslar yolda qalır – Şikayət

Bakıda bu avtobuslar yolda qalır – Şikayət

Bakının “Elmlər Akademiyası” metro stansiyası ilə Lökbatan qəsəbəsi arasında sərnişindaşımanı həyata keçirən 206 nömrəli avtobuslar yararsız vəziyyətdədir.

AzerTimes xəbər verir ki, vətəndaşlar sözügedən avtobusların dəfələrlə xarab olaraq, yolda qaldığı barədə şikayət edir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir:

“Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulub.

Qeyd edək ki, avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır”.

Teqlər: