Bakıda boru partladı, evləri su basdı – Video

Bakıda boru partladı, evləri su basdı – Video

Bakıda çoxmənzilli yaşayış binasının qarajına su çəkmək üçün aparılan qazıntı işləri zamanı boru partlayıb. Nəticədə ətrafda yerləşən evləri su basıb.

AzerTimes-ın “Xəzər Xəbər”ə istindən məlumatına görə, söhbət Bakının Xətai rayonu, Ukrayna dairəsinin yaxınlığındakı 9-cu Əhmədli küçəsindən gedir.

Sakinlər iddia edirlər ki, “SR Construction” MTK onları yaşadıqları evlərdən köçürmək məqsədilə ya məhəllləyə gedən su borusunu partladıb, ya da tikintidə təhlükəsizlik qaydalarını kobud şəkildə pozur. Sakinlər onu da iddia edirlər ki, onların damının üzərində ağır tonnajlı yükqaldırıcı kranlardan istifadə edilir.

Sakinlərdən biri Zümrüd Hüseynova deyir ki, MTK onları bezdirərək evlərindən çıxarmaq istəyir.

Onun fikrincə, sözügedən MTK-da rəhbərlik dəyişib, bundan sonra məhəllə sakinlərinin ərazidən köçürülməsi məsələsi arxa plana keçib. İndi isə MTK sakinləri məhkəməyə verib.

Qeyd edək ki, partlayan su xətti “Azərsu” ASC-nin əməkdaşları tərəfindən təmir edilərək evlərə suyun axmasının qarşısı alınıb.

“Azərsu”dan bildirildi ki, əgər MTK növbəti dəfə su borusunu zədələyərəsə, onlara bildiriş təqdim ediləcək və təmiri həmin şirkət qarşılamalı olacaq.

Teqlər: