Xəbər - Samir Əli – Trend:
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin həyətində
qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan
informasiyalar həqiqətə uyğun deyil.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq DAxili İşlər Nazirliyindən
bildiriblər.
Məlumatda deyilir ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng
mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona
övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib.
Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib.
Orada onunla profilaktik söhbət aparılıb.
H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət
edilib.Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə
müraciət etmələri tövsiyyə edilib. Hər iki şəxs polis şöbəsinin
inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə
müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət
yetirdiyi barədə şikayət edib. Hadisə şöbənin inzibati binasında və
ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə
gətirilib onlarln izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza
təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən
sonra hadisəyə hüquqi qiymət veriləcək.