Bakı şəhərinin Nəsimi rayonunda birmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.