Bakıda bir nəfər özünü dənizə atıb (VİDEO)

Bakıda bir nəfər özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ
rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən
təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə
özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin
çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə
təhvil verilib.

Teqlər: