“Azercell”ə məxsus telefon nömrələri hərraca çıxarılır.
AzerTimes xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin internet səhifəsində 30 avqust 2024-cü il tarixində hərraca çıxarılacaq “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri haqqında elanda qeyd olunub.
Nömrələrdən bəzilərinin qiyməti 75 min, 35 min, 29 min 750 manatdır. Hərraca çıxarılan 30 nömrə arasında ən ucuzunun qiyməti 3750 manatdır. 994 10 222 22 22 nömrəsinin isə qiyməti 150 min manat dəyərləndirilib.