Bakıda bir ailənin 3 üzvü dəm qazından öldü

Bakıda bir ailənin 3 üzvü dəm qazından öldü

Sulutəpədə kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.

AzerTimes xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda kirayədə yaşayan 1967-ci il təvəllüdlü Rafiq Əliyev, 1999-cu il təvəllüdlü Elvin Əliyev və sonuncunun həyat yoldaşı 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından zəhərlənərək ölmələri barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: