Bakıda “Bir ağac bir nəfəs” devizi altında 500 ağac əkilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Nəfəs” İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da “Bir ağac bir nəfəs” devizi altında geniş miqyaslı ağacəkmə aksiyası həyata keçirib.

AzerTimes-ın məlumatına görə, Huner Group-un rəhbəri Ehtiram Quliyev və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak ediblər.

Aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazsində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə apadlıq işləri aparılıb.

Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı “Bir ağac bir nəfəs” devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.

Qeyd edək ki, “Nəfəs” İctimai birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.

Teqlər: