Bakıda binanın zirzəmisində faciə: ölən var

Bakıda binanın zirzəmisində faciə: ölən var

Bakıda binanın zirzəmisində təmir işləri aparan usta bədbəxt hadisə nəticəsində ölüb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, hadisə dünən Binəqədi rayonu, Azadlıq prospekti 156 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.

Paytaxt sakini 1957-ci il təvəllüdlü E.Kərimov binanın zirzəmisində quraşdırılmış istilik sistemində təmir işləri həyata keçirərkən dünyasını dəyişib.

Onun isti suyun təsirindən ölməsi bildirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Teqlər: