Bakıda Nəsimi rayonu Həsən Əliyev küçəsi 33 ünvanındakı binasının damında bina sakini tərəfindən maraqlı və qeyri-adi bağça yaradılıb.
AzerTimes-ın əməkdaşı binanın damında bağça yaradan Məhərrəmovlar ailəsinin qonağı olub.
60 yaşlı Gülşən Məhərrəmova bildirib ki, həyat yoldaşı ilə birlikdə 13 ildir həmin bağçanın yaradılmasına çalışır:
“Biz naxçıvanlıyıq. Həyat yoldaşım İsmayılla birlikdə 2010-cu ildən bağçanı yaratmağa başlamışıq. Bağçada alyandra bitkisi, dekorativ ağaclar, nərgiz gülü, müxtəlif qızılgül və kaktus kolları var. May ayında bağçamız yamyaşıl, al-əlvan görnüşü, quşların civildəşməsi ilə heyran edir”.
G.Məhərrəmovanın sözlərinə görə, bu ideya insanların marağına səbəb olub:
“Aşağdan baxıb deyirlər ki, bu restorandırmı? Gəlib tanış olandan sonra görürlər ki, bu bizim kiçik bağçamızdır”.