Bakıda binada yanğın: 25 nəfər təxliyə edildi – Video

Bakıda binada yanğın: 25 nəfər təxliyə edildi – Video

Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri 30 p.m. yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub.

Bir nəfər tüstüdən zəhərlənib.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

[embedded content]

Teqlər: