Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı yarımçıq 5 mərtəbəli bina uçmaq üzərədir.
“Energetika” pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyyə edilib.
Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-ə yaxın çadırlar qurulub.
Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.