Xəbər - Elçin Mehdiyev – Trend:
Oktyabr ayında Bakıda bir sıra tikinti materiallarının qiymətində ucuzlaşma qeydə alınıb.
Bu barədə AzerTimes-a “MBA Group” konsaltinq şirkətindən məlumat verilib.
Ötən ay dəmir məmulatlarının qiymətində 2,17 faiz ucuzlaşma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların qiyməti 21,74 faiz bahalaşıb.
Taxta məmulatlarının qiymətində isə ucuzlaşma 4,35 faiz təşkil edib, illik müqayisədə isə 54,35 ucuzlaşma qeydə alınıb.
Daş məmulatlarının, dam örtüklərinin, sementin və qumun qiymətləri isə sabit qalıb.