Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir

Bakıda Beynəlxalq Gənclər Forumu keçirilir

Bakıda COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumu keçirilir.

AzerTimes xəbər verir ki, dörd gün davam edəcək tədbir Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə baş tutur.

Forumda Fransa, Finlandiya, Danimarka, Norveç, İspaniya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Polşa, Latviya, Litva, Türkiyə, Moldova, Rusiya, Ukrayna, Gürcüstan və Qazaxıstanı, ümumilikdə 18 ölkəni təmsil 24 gənc lider, gənclərlə işləyən QHT rəhbərləri, eləcə də Azərbaycanın 60-dan artıq gənclər təşkilatı rəhbərləri və hökumət strukturu təmsilçiləri, ekspertlər iştirak edirlər.

Onların 4 gün müddətində qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri təşkil etməsi nəzərdə tutulur.

Teqlər: