Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun
ikinci yarış günü çərçivəsində gürz və lentlə hərəkətlərdə fərdi
proqramlarda finalçılar müəyyənləşib.
Trend xəbər
verir ki, gürzlə hərəkətlərdə finala Sofiya Raffaelli (İtaliya,
31,650 xal), Elizaveta Polstyanaya (Latviya, 30,850 xal), Milena
Baldassarri (İtaliya, 30,600 xal), Yekaterina Vedeneeva (Sloveniya,
30,450 xal), Zöhrə Ağamirova (Azərbaycan, 30,400 xal), Evelin
Viktoriya Koçiş (Macarıstan, 29,900 xal), Darya Atamanov (İsrail,
29,500 xal), Eljana Taniyeva (Qazaxıstan, 29,30 xal)
yüksəliblər.
Azərbaycan gimnastı Arzu Cəlilova gürzlərlə hərəkətlərdə finala
çıxa bilməyib, onun nəticəsi 26,650 xal (19-cu yer) olub.
Lentlə hərəkətlərdə finala Boryana Kalein (Bolqarıstan, 29,950
bal), Daria Atamanov (İsrail, 29,950 xal), Sofiya Raffaelli
(İtaliya, 29,900 xal), Arzu Cəlilova (Azərbaycan, 29,750 xal),
Yekaterina Vedeneeva (Sloveniya, 29,300 xal), Milena Baldassarri
(İtaliya, 29,150 xal), Evita Qriskenas (ABŞ, 29,100 xal), Adi Asya
Katz (İsrail, 28,450 xal) çıxıblar.
Azərbaycan gimnastı Zöhrə Ağamirova lentlə hərəkətdə də finala
çıxa bilməyib, 27.600 xalla 13-cü yeri tutub.
Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.
Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.
Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.
3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.
Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.