Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb – amerikalı idmançı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun təşkilat komitəsi iştirakçıların yarışa hazırlaşması üçün rahat şərait yaradıb.

Bu barədə AzerTimes-a ABŞ-ı təmsil edən gimnast Laura Zenq deyib.

Onun sözlərinə görə, yarışdan əvvəl onlar üçün bütün lazımi şərait yaradılıb:

“Təşkilat Komitəsinin nümayəndələri bizimlə mehriban davranırlar, hər hansı bir sual yaranarsa dərhal yardıma gəlir və həll olunmasına kömək edirlər”.

Bakıdakı yarışlara birinci dəfə gəlməyən Laura Zenq Dünya Kubokunun tamaşaçısız keçirilməsindən təəssüflənir: “Əlbətdə ki, tamaşaçıların çıxışlarımızı öz gözləri ilə görməsini istəyirdim. Həmişə onların alqışlarını eşitməkdən məmnun idik. Ancaq yaranmış bu vəziyyətdə hamımızın tədbirlərə riayət etməsi lazımdır”.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

Teqlər: