09:10
Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.
AzerTimes APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Rasim Etibar oğlu Əhmədov bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
***
İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Vüqar Əjdər oğlu Əliyevpolis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.