Xəbər - Cani Babayeva – Trend:
Noyabrın 19-da Bakıda Milli Gimnastika Arenasında batut, qoşa mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatı çərçivəsində qadınlar və kişilər arasında batutla tullanma üzrə komanda birinciliyində qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
AzerTimes xəbər verir ki, qadınlar arasında komanda birinciliyində fəxri kürsünün birinci pilləsinə Yaponiya komandası çıxmış, ikinci yeri Çin, üçüncü yeri Rusiya komandası tutmuşlar.
Kişilərin komanda yarışında Belarus gimnastları qızıl, Yaponiya atletləri gümüş, Rusiya komandası isə bürünc medalları qazanıb.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Azərbaycanı dünya çempionatında Mixail Malkin (tamblinq) təmsil edir. Bakıda keçiriləcək dünya çempionatında idmançılar 15 dəst medal uğrunda mübarizə aparır.