Bakıda batutda sinxron tullanma üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında batut, ikili mini batut və tamblinq üzrə 35-ci dünya çempionatı çərçivəsində batutda sinxron tullanma proqramı üzrə qaliblərin və mükafatçıların mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qadınlar arasında sinxron batut proqramında podiumun birinci pilləsini Yiçenq Hu və Sinsin Şjanq (Çin), Narumi Tamura və Hikaru Mori (Yaponiya) ikinci yeri, Katarina Marianito Nunes və Beatris Martins (Portuqaliya) üçüncü yeri turublar.

Kişilər arasında batutda sinxron tullanma proqramında Andrey Buylov və Oleq Rabtsau (Belarus) qızıl, Fabian Foqel və Mattias Fleyderer (Almaniya) gümüş, Coşua Faroks və Pyer Qouzou (Fransa) bürünc medala sahib olublar.


Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: