Xəbər - Cani Babayeva – Trend:
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarında 17-21 yaş qrupu üzrə kişilər və qadınlar arasında batutda sinxron tullanma proqramında qalib və mükafatçılar müəyyənləşib.
AzerTimes-ın məlumatına görə, qadınlar arasında batutda sinxron tullanmda proqramında Serafima Kotova və Veronika Şmeleva (Rusiya) birinci, Sofiya Landberq və Smilla Jensen (Danimarka) ikinci, Luka Kristin Frey və Qabriela Şter (Almaniya) üçüncü yerə layiq görülüblər.
Kişilər arasında sinxron tullanma proqramında Roman Barkov və İqor Qraçov (Qazaxıstan) birinci, Aleksis Şevalie və Florestan Riu (Fransa) ikinci, Nikita Fomçenko və Sebastyan Stankeviç (Belarus) üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edib.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışıblar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış ediblər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak ediblər.