Bakıda batut gimnastikası və tamblinq üzrə qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – AzerTimes:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-in məlumatına görə, 13-14 yaş qrupu üzrə qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə fəxri kürsünün birinci pilləsini Aleksandra Mıtnik (ABŞ), Sofiya Alyayeva (Rusiya) ikinci, Ava Dehanes (ABŞ) üçüncü yeri tutub.

13-14 yaş kateqoriyası üzrə kişilər arasında batutla tullanma üzrə fərdi hərəkətlərdə qızıl medalı Azərbaycan gimnastı Maqsud Maqsudov, gümüş medalı Vitali Çivyaq (Rusiya), bürünc medalı Lev Busarev (Rusiya) qazanıb.

15-16 yaş qrupu üzrə qadınlar arasında tamblinq üzrə proqramda birinci yeri Arina Kalyandra (Rusiya), ikinci yeri Naana Oppon (Böyük Britaniya), üçüncü yeri Konfort Yetes (Böyük Britaniya) tutub.

15-16 yaş qrupu üzrə kişilər arasında tamblinq üzrə proqramda Dmitri Şatalov (Rusiya) qızıl, Frederik Skaanq (Danimarka) gümüş, Fred Tiq bürünc medal qazanıb.

17-21 yaş kateqoriyası üzrə qadınlar üçün ikili mini-batutda tullanma proqramında Alena Kalaşnikova (Rusiya) birinci, Erika Sans (İspaniya) ikinci, Veronika Tuqarina (Rusiya) üçüncü yerə yüksəliblər.

17-21 yaş kateqoriyasında kişilər arasında ikili mini-batutda tullanma proqramında Yeqor Qluşşenko qızıl, İvan Akimtsev gümüş, Anton Litvin bürünc medal qazanıb. Bütün gimnastlar Rusiyanın nümayəndələridir.

Qadınlar arasında 11-12 yaş qrupu üzrə batutda sinxron tullanma proqramında Leyla Əliyeva və Anna Muzıka (Belarus) birinci, Yelizaveta Nikolaeva və Darya Morozova (Rusiya) ikinci, Qreta Sofiya Ştaynbrenner və Aleksandra Melniçuk (Almaniya) üçüncü yeri tutub.

Kişilər arasında 11-12 yaş qrupu üzrə batutda sinxron tullanma proqramında Yuri Şakula və Andrey Batrakov (Rusiya) birinci, Elizar Qutsev və Daniil Kiruşkin (Belarus) ikinci, Bajen Silin və Artem Luxtanov (Belarus) üçüncü yeri tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: