Xəbər - Cani Babayeva – Trend:
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, qoşa mini batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının üçüncü günü keçirilir.
Trend xəbər verir ki, müxtəlif ölkələrdən olan rəqiblər medallar uğrunda gərgin və dürüst mübarizə aparırlar. Öz növbəsində gimnastların məşqçiləri yetirmələrini dəstəkləyir, onları uğurlu çıxışa hazırlayırlar.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
Yarışların üçüncü gününün ən yaxşı anlarını təqdim edirik.
(FOTO: Zaur Mustafayev)