Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, qoşa mini batut və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu yarışlarının ikinci gününün qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
AzerTimes xəbər verir ki, 15-16 yaş qrupu üzrə qadınlar arasında batutla tullanma üzrə fərdi proqramda Anjela Bladtseva (Rusiya) fəxri kürsünün birinci pilləsinə qalxıb, Kokone Harima (Yaponiya) ikinci, Kiko Tanaka (Yaponiya) üçüncü olub.
15-16 yaş qrupunda kişilər arasında batutla tullanma üzrə fərdi proqramda Qabriel Albuquerque (Portuqaliya) qızıl medal, Taiga Akaishi (Yaponiya) gümüş, Tayler Cole-Dyer (Böyük Britaniya) bürünc medala sahiblənib.
17-21 yaş kateqoriyası üzrə qadınlar arasında tamblinq proqramında birinci yeri Manon Morancais (Fransa), ikinci yeri Demi Adams (Böyük Britaniya), üçüncü yeri Aleksandra Efraimoglou (Yunanıstan) tutublar.
17-21 yaş kateqoriyası üzrə kişilər arasında tamblinq proqramında İqor Şikunov (Rusiya) birinci, Mads Hansen (Danimarka) fəxri kürsünün ikinci pilləsinə qalxıb, Dominik Dümas (ABŞ) isə üçüncü yeri tutub.
11-12 yaş kateqoriyası üzrə qadınlar üçün qoşa mini-batutda tullanma proqramında Yevgeniya Zaxarova (Rusiya) qızıl, Yelizaveta Nikolaeva (Rusiya) gümüş, Anna Odeiniyə (Portuqaliya) isə bürünc medal təqdim olunub.
11-12 yaş qrupu üzrə kişilər üçün qoşa mini-batutda tullanma proqramında İlya Penkin birinci, Qriqori Volkov ikinci, Maksim Blaqov üçüncü yerə layiq görülüb. Bütün gimnastlar Rusiyanı təmsil edir.
13-14 yaş qrupu üzrə sinxron batut tullanma proqramında birinci yeri Mariya Kutlakaeva və Nadejda Çernışeva (Rusiya), ikinci yeri Maya Bochoridze və Ana Lapiaşvili (Gürcüstan), üçüncü yeri tutublar.
13-14 yaş qrupu üzrə kişilər arasında sinxron batut tullanma proqramında Uilyam Kokril və Kay Lovson (ABŞ) qızıl, Lev Busarev və İldan Maxiyanov (Rusiya) gümüş, Tom Gibson və Maks Middlton (Böyük Britaniya) bürünc medal alıblar.