Xəbər - Cani Babayeva – Trend:
Noyabrın 20-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının üçüncü günü start götürüb.
Trend-in məlumatına görə, üçüncü yarış günündə kişilər və qadınlar arasında batut üzərində fərdi hərəkətlərdə yarımfinal mərhələsi, qadınlar arasında tamblinq, kişilər arasında ikili mini-batut yarışlarında, eləcə də kişilər və qadınlar arasında batut üzərində sinxron hərəkətlərdə final mərhələsi keçiriləcək.
Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.
4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)