Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü start götürüb (FOTO)

Xəbər - Cani Babayeva – AzerTimes:

Noyabrın 18-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü start götürüb.

AzerTimes-in məlumatına görə, ilk yarış günündə qadınlar və kişilər arasında batut üzərində fərdi hərəkətlər, qadınlıar arasında tamblinq və qadınlar və kişilər arasında ikili mini-batut yarışlarında təsnifat mərhələsi keçiriləcək.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: