Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı yüksək səviyyədə təşkil olunub – Karen Kokbern

Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatının Kanadadan ulduz səfiri Karen Kokbern Binə qəsəbəsində “Ümid yeri” uşaq evinə ziyarəti zamanı deyib.

“Bu, mənim Bakıya, Azərbaycana ilk səfərimdir. Mən uşaqlara kömək göstərilən bu yerə gəlməkdən məmnunam. Bu çempionatın bir hissəsi olmaqdan, yarışlarda iştirak etməkdən çox şadam. Yarışın təşkili də, arena da çox gözəldir” – deyə, o bildirib.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 3 ölkədən 300-dək gimnast iştirak edəcək.


4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcəkdir. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: