Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun final gününə start verilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası
üzrə Dünya Kubokunun final gününə start verilib.

AzerTimes-ın məlumatına görə, final gününün proqramı iki mərhələdən
ibarətdir – əvvəlcə kişilər arasında fərdi proqramda ikinci
təsnifat mərhələsi, daha sonra isə kişilər və qadınlar arasında
fərdi yarışlar və sinxron tullanmalar üzrə finallar keçiriləcək.
İdmançıların final çıxışları saat 14.00-da başlayacaq.

Azərbaycan gimnastı Selcan Maqsudova qadınlar arasında fərdi
proqramın finalında çıxış edəcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.


İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto: Zaur Mustafayev

Teqlər: