Bakıda batut gimnastikası üzrə Dünya Kuboku yarışları davam edir (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında batut idmanı üzrə Dünya
Kuboku yarışları davam edir.

AzerTimes-ın məlumatına görə, artıq kişilər arasında fərdi proqramda
ikinci təsnifat mərhələsinə (yarımfinal) keçmiş gimnastlar artıq
müəyyənləşib.

İndi qadınlar arasında fərdi proqramda təsnifat yarışları
keçirilir. Sonra kişilər və qadınlar üçün sinxron cütlər arasında
təsnifat keçiriləcək.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.


İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Foto – Zaur Mustafayev

Teqlər: