Xəbər - Cani Babayeva – Trend:
Noyabrın 26-da Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları ikinci günü start götürüb.
Trend-in məlumatına görə, yarışların ikinci günündə 17-21 yaş qrupunda tamblinq, 11-12 yaş qrupunda ikili mini-batut, 15-16 yaş qrupunda batut üzərində fərdi hərəkətlərdə, 13-14 yaş qrupunda sinxron hərəkətlərdə təsnifat mərhələsi keçiriləcək.
Günün ikinci yarısında isə həmin növlərdə final mərhələsi baş tutacaq.
Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edir.
Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.
Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.
Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev. Foto: Zaur Mustafayev)