Bakıda jurnalist intihara cəhd edib.
AzerTimes-ın məlumatına görə, jurnalist Nəsimi Şərəfxanlı evində
sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur
Hidayətoğlu AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, jurnalist
ağır vəziyyətdə şöbəyə yerləşdirilib.
“Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün
olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi
qiymətlənidirilir”, – E.Hidayətoğlu bildirib.
Xatırladaq ki, N.Şərəfxanlı “Cumhuriyyet.az” saytının
rəhbəridir.