Bakıda balçılar arasında dava düşüb.
AzerTimes xəbər verir ki, bu barədə görüntülər Xəbər - vs-nin “qaynar xətt”inə daxil olub.
Hadisə şahidlərinin sözlərinə görə, dava Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında təşkil olunan bal yarmarkasında yer üstündə baş verib. İddiaya görə, balçılardan biri digərinin bron etdiyi yeri pulla alıb.
Məsələ ilə bağlı Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə yer üstündə baş verməyib:
“Dava səyyar bal ticarəti ilə yarmarka iştirakçıları arasında yaranıb”.
Qeyd edək ki, paytaxtda bal yarmarkası 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətə başlayıb. Yarmarka oktyabrın 20-dək davam edəcək.