Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən yürüşlərlə əlaqədar bağlanan yollar açılıb.
Bu barədə AzerTimes-a Bakı Şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, yürüşlər tam təhlükəsiz şəraitdə başa çatıb.
Qeyd edək ki, bu gün Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə üç marşrut üzrə hərbçilərin Zəfər yürüşü keçirilib.
Yürüşlər aşağıdakı marşrutlar üzrə başa tutub:
– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı;
– Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;
– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı.