Bakıda azyaşlıya zorakılq edən şəxs necə saxlanıldı?

Bakıda azyaşlıya zorakılq edən şəxs necə saxlanıldı?

Daxili İşlər Nazirliyi paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasının təfərrüatını açıqlayıb.

AzerTimes xəbər verir ki, bu məsələdə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev Feysbukda yazıb.

“Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. Dörd gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik”, – E.Hacıyev qeyd edib.

Teqlər: