Bakıda azyaşlı bıçaqla hədələnib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.