Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı

Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı

Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzerTimes-a bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb:

“Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Teqlər: